Bakının Binəqədi rayonunda zəncirvari yol qəzası baş verib.

Unikal.org xəbər verir ki, hadisə DSK yolu kimi tanınan ərazidə qeydə alınıb.

Yolun buz bağlaması 4 avtomlbilin toqquşmasına səbəb olub. Nəticədə 7 nəfər xəsarət alıb. Yaralılar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.