Bakının Yasamal rayonunda avtomobil aşıb sürücü ölüb.

Unikal.org xəbər verir ki, hadisə Bakı Dairəvi Yolunda qeydə alınıb.

"NAZ" markalı avtomobili idarə edən sürücü 1987-ci il təvəllüdlü Hacıyev Orxan Zahir oğlu yolun buzlu olması səbəbindən avtomobilə nəzarəti itirib. Maşın dərəyə aşaraq bir neçə hissəyə bölünüb.

Sürücü hadisə yerində ölüb. Meyit morqa təhvil verilib.

Avtotexniki ekspertiza təyin edilib.