Gədəbəy rayonunda bədbəxt hadisə baş verib.

Unikal.org xəbər verir ki, hadisə rayonun Qaramurad kəndində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Lətif Ələsgərov ehtiyatsızlıqdan öz avtomobilinin altında qalaraq ölüb.

Hadisənin təfərrüatları araşdırılır.