İrəvanda etirazçılar polis idarəsinin binasını mühasirəyə alıb.

Unikal.org TASS-a istinadən xəbər verir ki, İrəvanın mərkəzindəki polis idarəsinin binasını mühasirəyə alan "Vətənin xilası naminə" müxalifət hərəkatının tərəfdarları polis rəisi Vaqe Kazaryanla görüş tələb edirlər.

"Biz indi polisin binasını mühasirəyə alırıq və polis rəisinin yanımıza gəlməsini tələb edirik. O, tabeçiliyində olanların etdiyi bütün vəhşiliklərinə görə cavab verməlidir", - deyə aksiyanın təşəbbüskarlarından biri, "Daşnaksütyun" partiyasının nümayəndəsi İşxan Saqatelyan bildirib.