Qırğızıstanın yeni prezidenti Sadır Japarov Rusiyaya rəsmi səfərə yollancaq.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, bu səfər S.Japarovun prezident kimi ilk xarici səfəri olacaq.

Bildirilib ki, Qırğızıstan prezidenti Rusiyada yüksək səviyyəli görüşlər keçirəcək. İkitərəfli münasibətlər, strateji əməkdaşlıq məsələləri və digər mövzular müzakirə ediləcək.