Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Unikal.org  FHN-ə istinadən xəbər verir ki, binanın sonuncu mərtəbəsində ümumi sahəsi 36 m² olan mənzilin döşəməsi 1 m² sahədə və giriş qapısının taxtadan ibarət çərçivəsi qismən yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.