İspaniya La Liqasında 24-cü turun növbəti oyunu keçirilib.

Unikal.org xəbər verir ki, çempionluğa iddialı olan “Barselona” klubu öz meydanında “Kadiz” komandasını qəbul edib. “Nou Kamp” stadionunda baş tutan görüş 1:1 hesabı ilə yekunlaşıb.

Bu nəticədən sonra xal ehtiyatını 47-ə çatdıran “Barselona” turnir cədvəlində üçüncü yerdə qərarlaşıb, “Kadiz” isə 25 xalla 14-cüdür.