İmişli rayonunda bir uşağın ölümü, digərinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Unikal.org xəbər verir ki, hadisə axşam saatlarında Aranlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini, 1994-cü il təvəllüdlü İmanov Mahir İlham oğlu "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsi idarəetmədən çıxıb. Elə bu zaman avtomobil yolu keçmək istəyən, 8 və 9 yaşlı uşaqları vurub. Nəticədə uşaqlardan biri ölüb. Digəri isə ilk tibbi yardımdan sonra Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Hazırda hər iki uşağın şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.