Fransanın PSJ klubunun ulduz futbolçusu Neymar İspaniya "Barselona"sının kapitanı Lionel Messi ilə əlaqə yaradıb.

Unikal.org xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

Mənbə bildirir ki, söhbət zamanı braziliyalı futbolçu Messiyə Fransa paytaxtındakı həyatın müsbət tərəflərindən, klubun və komandanın üstünlüklərindən danışıb.

Qeyd olunur ki, Neymar argentinalı futbolçunu PSJ-yə keçməyə razı salacağına ümid edir.