Dünya şöhrətli fotoqraf Reza Deqati Cıdır düzündən paylaşım edib.

Unikal.org xəbər verir ki, fotoqraf “Twitter” hesabında paylaşdığı fotolara aşağıdakı qeydi yazıb:

“Cıdır düzü, Şuşa, Qarabağ, Azərbaycan. Qarabağ tarixən dağları və atları ilə tanınıb. Şuşada olan Cıdır düzü Qarabağ xanlığında əsas festivalların keçirildiyi yer olub. Orada çövkən oyunu və Novruz şənliyi keçirilib”.