Ağsu Rayon Mərkəzi Xəstəxanasının(RMX) Baş həkimi işdən çıxarılıb.

Unikal.org-un əldə etdiyi məlumata görə,  “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə, Ağsu RMX-nin baş həkimi Şəhrəbanu Məlikova tutduğu vəzifədən azad olunub. Onun yerinə isə müavini Əli Hüseynov təyin edilib.

Qeyd edək ki, vəzifəsindən azad olunan Ş.Məlikova Səlim Müslümovun dayısının həyat yoldaşıdır.

Famil Fərhadoğlu