Türkiyənin Şərqi Anadolu bölgəsində ekstremal hava şəraiti ilə bağlı əhaliyə müraciət edilib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Van, Hakkari, Bitlis və Muş şəhərlərində kəskin qar yağması barədə sakinlərə xəbərdarlıq edilib.

Küləyin sürəti saatda 20-50 kilometrədək çata bilər. Havanın temperaturu mənfi 10 dərəcəyədək enəcək. Bildirilib ki, yüksək dağlıq bölgələrdə qar uçqunu təhlükəsi var. Həmçinin yollar buz bağlayacaq. İnsanlara zərurət olmadıqca yaşayış yerlərini tərk etməmək, hava şəraitini nəzərə almaq tövsiyə olunub.