Yaponiyanın Fukuşima atom elektrik stansiyasında yeni radioaktiv maddələr aşkar edilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiyanın şimal-şərqində 2011-ci ilin martında Rixter şkalası ilə 9 ballıq zəlzələ və sunamidən sonra Fukuşimada zərər görmüş nüvə reaktorlarından ikisində radioaktiv çirklənmə müəyyən olunub.

Rəsmilər bunun ciddi qəbul edilməli olduğunu bildiriblər. Bildirilib ki, bu radioaktiv çirklənmənin səviyyəsi reaktorların ləğvini gecikdirəcək.