Narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsində təqsirləndirilən Əlili Fərqan Fərman oğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Unikal.org-un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən işə hakim Samir Əliyevin sədrliyi ilə baxılacaq.

Ona Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama) maddəsi ilə ittiham verilib.

Qeyd edək ki, Fərqan Əlili Binəqədi rayonu 6-cı mikrorayon ərazisində keçirilən əməliyyat tədbiri zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara rayon sakini Fərqan Əlili saxlanılıb. Şəxsi axtarış zamanı onun əl çantasından ümumi çəkisi 1 kiloqram olan heroin aşkarlanaraq götürülüb.

Araşdırma zamanı müəyyənləşdirilib ki, saxlanılan şəxs xarici ölkələrdən birinin vətəndaşının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda heroini qəbul edib və satışını təşkil etmək istəyib.

Elvin Rüstəmov