Türkiyə Milli Təhlükəsizlik Şurasının ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə bu gün keçiriləcək iclasında Türkiyə ordusunun Azərbaycandakı fəaliyyəti müzakirə olunacaq.

Unikal.org xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb

Eyni zamanda, Türkiyə ordusunun terror təşkilatlarına qarşı əməliyyatları, digər regional və milli təhlükəsizlik məsələlərinin də müzakirə ediləcəyi gözlənilir.