Bu ilin may ayında keçirilməli olan Kann film festivalı iyulda baş tutacaq.

Unikal.org xəbər verir ki, bu barədə tədbirin təşkilatçıları məlumat yayıblar.

"Mayın 11-dən 22-dək keçirilməsi planlaşdırılan Kann beynəlxalq kinofestivalı 6-17 iyul aralığında keçiriləcək", - deyə festivalın "Twitter"dəki hesabında bildirilib.

Qeyd edək ki, ənənəvi festival Fransanın cənubunda yerləşən Kann şəhərində təşkil edilir. Əsas mükafat Qızıl Palma Budağıdır. Kann kinofestivalı ilk dəfə 1946-cı ildə keçirilib.