ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens və həyat yoldaşı evsiz qalıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, cütlük Vaşinqtondan ayrılaraq doğma ştatlarına qayıtdıqdan sonra evsiz qalıblar və dostları ilə yaşamağa məcbur olublar.

Məlumata görə, Pens ailəsi İndiana ştatına qayıtdıqdan sonra qubernator Erik Holkombun adətən istirahət üçün istifadə etdiyi kottecdə yaşayıb. Lakin, Pensə yaxın iki respublikaçı onların hazırda sabiq vitse-prezidentin Kolumbusdakı qardaşının yanında qaldıqlarını deyib.