Çinin Uhan şəhərindəki xəstəxanaların birində  adı açıqlamayan həkim koronavirusla bağlı etiraf edib.  

Unikal.org xəbər verir ki, koronavirus pandemiyası ilə bağlı "BBC"nin "54 Gün" sənədli filminə danışan həkim,  virusun varlığından daha əvvəl məlumatlı olduğunu və xəbərdarlığa əsasən, 52 gün gizlədiklərini söyləyib. 

Həkim, Çinin koronavirus epidemiyasını ört-basdır etmək təşəbbüsü səhiyyə işçilərini qorxutduğunu bildirib.  Lakin infeksiyanın daha da yayılmasından sonra  dünya ictimaiyyətinə xəbardarlıq etdiklərini qeyd edib.