Türkiyədən Yunanıstana qaçmağa cəhd edən FETO qruplaşmasının üzvü saxlanılıb.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində məlumat verilib. Bildirilib ki, Yunanıstanla həmsərhəd olan Edirne şəhərinin İpsala keçid qapısında qanunsuz yollarla Yunanıstana keçmək istəyən FETO terror təşkilatının nümayəndəsi saxlanılıb.

Həmin şəxs Edirne jandarm qüvvələrinə təhvil verilib. Təslim edilən şəxs haqqında araşdırmalar davam etdirilir.