Sosial media şirkətləri onlarda boşluq aşkarlayanları davamlı olaraq  mükafatlandırırlar. "İnstagram" isə boşluğu aşkarlayaraq şirkətlə paylaşan türkiyəli tələbələrə cəmi 5 dollar mükafat verməsi ilə gündəmə gəlib.

Unikal.org xəbər verir ki, gənclərin tapdığı boşluq "İntagram" reklamları ilə bağlıdır. İstifadəçi sponsorluq elanlarını heç bir kart məlumatı və təsdiq olmadan istədiyi qədər tətbiq edə bilir. Bundan sonra "Instagram"a məlumat üçün elektron poçt göndərən tələbələrə 5 dollar dəyərində mükafatlandırılmaları ilə bağlı cavab gəlib.

Qeyd edək ki, bundan öncə də "İnstagram"da 2 fərqli boşluq tapan tələbələr birincisinə görə, 750, ikincisi üçün isə 50 dollar mükafat alıblar.