İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu vətəndaşlarla yenidən görüşüb. 

Unikal.org xəbər verir ki, səfər zamanı zaman-zaman vətəndaşlarla söhbət edən İmamoğluya  maraqlı suallar verilib. 

Belə ki, vətəndaşlardan biri "Çox gəzirsiniz, koronavirus olmamısınız?" sualına, qısa bir fasilə edən İmamoğlu, "Biz də sizin kimi gəzirik" sözləri ilə cavab verib.  İmamoğlunun vətəndaşla olan dialoqu gündəmə səbəb olub.