Mədəniyyət Nazirliyinin regional idarələrində yeni kadr təyinatları olub.

Unikal.org xəbər verir ki, təyinatlarla bağlı mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

Belə ki, əmrə əsasən, Vasif Xaliq oğlu Cənnətov Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Digər əmrlə Elbəy Akif oğlu Əli Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Daha bir əmrlə Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsi Faiq Elman oğlu Xudanlıya həvalə edilib.