Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC "YAŞAT" fonduna ianə köçürməyə davam edir.

Unikal.org xəbər verir ki, ASC-də  əməkdaşlarınının əməkhaqlarından hər ay müəyyən faizinin “YAŞAT” Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb.
Qeyd edək ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Vətən müharibəsində şəhid olan əsgər və zabitlərin, qazilərin ailələrinə və yaralananlara daim dəstəyini nümayiş etdirir.