Xırdalanda partlayış baş verən evin dağıntıları altında qalanların olduğu ehtimalı var.

Unikal.org-un verdiyi xəbərə görə, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş verən ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.  

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin sektor müdiri Ehtiram Xəlilov bildirib ki, hadisə yerinə 228 nəfər xüsusi tipli xilasetmə xidmətinin şəxsi heyəti, 19 texnika, 4 xüsusi təlim görmüş it cəlb olunub: “Dövlət Yanğından Mühafizə Xidmətinin isə 20 nəfər şəxsi heyəti dağıntı baş ərazidə xidmətini davam etdiriir”.

Sektor müdiri qeyd edib ki, dağıntılar altında qalanların olduğu ehtimal olunduğundan axtarışlar davam etdiriləcək”.(apa)