Qondarma rejimin "parlament sədrinin köməkçisi" İrina Safaryan son müharibə zamanı 7 000-dən çox itkilərinin olduğunu etiraf edib.

Unikal.org xəbər verir ki, İrina Safaryan Rusiyada baş verən son iğtişaşlara "Twitter" səhifəsində münasibət bildirərkən bu barədə yazıb.

O, Rusiyada baş verənləri Nikol Paşinyanın hakimiyyətə gəldiyi inqilabla müqayisə edib və rus xalqına buna getməməyi məsləhət görüb. İ.Safaryan dolayı yolla ruslara hazırki Rusiya hakimiyyətini müdafiə etməyi tövsiyə edib.

"Rusiyada "Ermənistan - 2018-ci ilin apreli" baş verir. Hansı ki, buna görə mən Qarabağı itirdim və bu gün 7 000-dən çox gənc oğlumuz həyatda yoxdur. Ruslar, ümid edirəm daha ağıllı olacaqsınız. Möhkəm olun!!!", - deyə İ.Safaryan sosial şəbəkə hesabında yazıb.

Burada qondarma rejim nümayəndəsinin itkilərinin gerçək sayını açıqlaması diqqətdən yayınmayıb.