Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən avtoqəza olub.

Unikal.org xəbər verir ki,  hadisə şəhərin Babək küçəsində baş verib.

Yolu keçmək istəyən şəhər sakini, 1984-cü il təvəllüdlü Mikayıl Əliyevi avtomobil vurub. Ağır bədən xəsarətləri alan M.Əliyev dünyasını dəyişib.

Onun meyiti müayinə olunması üçün aidiyyəti üzrə məhkəmə-tibb ekspertizasına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.