Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın davranışı ilə yenidən gündəm yaradıb.  

Unikal.org xəbər verir ki, Annanın  müharibədə öldürülmüş erməni ailəsini ziyarət etməsi cəmiyyətdə qıcıq yaradıb.

Belə ki, Akopyan bununla neçənci dəfədir ki, yasda olan əsgər ailələrini ziyarətə gedərkən, toya bəzənirmiş kimi geyinir, ya da üzündən təbəssüm, sevinc hissi əskik olmur. Onun növbəti ziyarətindən sonra paylaşılan fotolarda da yenidən qəmli sima əvəzinə sevincli, xoşbəxt göründüyü sezilir.