Bu gün Əfqanıstanın paytaxtı Kabildə İtaliya səfirliyinin zirehli avtomobili partladılıb.

Unikal.org  xəbər verir ki, bu barədə “Tolo News” məlumat yayıb.

Avtomobil əldəqayırma partlayıcı qurğunun hədəfi olub. Hadisə nəticəsində bir nəfər xəsarət alıb, itki yoxdur.

İndiyədək heç bir terror qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.