Azərbaycanlı dənizçi  Fərman İsmayılovun öldürüldüyü türk gəmisinə edilən hücumun kamera görüntüləri paylaşılıb.  

Unikal.org xəbər verir ki, bununla  bağlı videogörüntülər sosial şəbəkədə yayılıb.  

Qeyd edək ki, Liberiya bayraqlı İstanbul və London mərkəzli bir şirkətə məxsus olan M / V Mozart konteyner gəmisi Nigeriya yaxınlığında dəniz quldurlarının hücumuna məruz qalıb. 19 gəmi heyəti ilə və Laqosdan təxminən 180 mil məsafədə üzən Türk gəmisinə edilən hücumda bir nəfər ölüb və 15 nəfər qaçırılıb.