“Koronavirus pandemiyası ilə əlaqədar məhkumların verilməsi və ekstradisiya sahəsində problemlər yaranmışdı”.

Unikal.org-un xəbərinə görə, bunu Ədliyyə Nazirliyi Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Əbilov 2020-ci ilin yekunlarına həsr olunan videokonfransda deyib.

O bildirib ki, bu sahədə tərəfdaşlarla məsləhətləşmələrdən sonra proseslərin elektron sənəd dövriyyəsi ilə həyata keçirilməsi məsələsi həll edilib: “Ötən il Almaniya iki azərbaycanlını Azərbaycana təhvil verilib, onlardan biri Avropa İttifaqının vətəndaşı olub. Ümumilikdə ötən il 5 məhkum Azərbaycana gətirlib, 25 məhkum öz ölkəsinə təhvil verilib.
7 nəfər isə Azərbaycana ekstardisiya edilib. Bu ölkələr siyahısında Əlcəzair, Terkiyə Bosniya var”.

İdarə rəisi qeyd edib ki, artıq xaricdə olan cinayət işi üzrə Azərbaycanda olan şəxslərin dindirilməsi videokonfrans vasitəsilə həyata keçirilir.