Dünyada COVID-19-a yoluxanların sayı 100 milyona yaxınlaşır.

Unikal.org "Worldometers"ə istinadən xəbər verir ki, dünyada koronavirusdan ölənlərin sayı 2 milyon 139 min 31 nəfərə yüksəlib.

Ümumi yoluxma sayı 99 milyon 774 min 351 nəfərə çatıb. Sağalanların sayı 71 milyon 762 min 746 nəfər təşkil edib. Dünyada virusdan ən çox yoluxma və ölüm ABŞ-da müşahidə edilib. ABŞ-ı Hindistan, Braziliya və Rusiya izləyir.