Braziliyada dəhşətli  təyyarə qəzası baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  hadisə Tokantis ştatında qeydə alınıb. 

Belə ki, qəza nəticəsində  Braziliyanın dördüncü divizionunun klubu “Palmas”ın prezidenti və dörd futbolçusu həlak olub. 

Qeyd edilir ki, təyyarə səmaya qalxdıqdan dərhal sonra uçuş zolağı yaxınlığında qəzaya uğrayıb. "Palmas" həlak olanların yaxınlarına və doğmalarına başsağlığı verib. Komanda sabah səfərdə “Vila-Nova” klubuna qarşı oynamalı idi.