Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 100 milyon nəfərə yaxınlaşır.

Unikal.org  Worldometers saytına istinadən xəbər verir ki, dünyada virusa yoluxma sayı 99 milyon 329 min 124 nəfərə çatıb. Pandemiya qurbanlarının sayı 2 milyon 130 min 420 nəfərdir.

İndiyədək 71 milyon 370 min 913 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb. Hazırda 110 min 651 pasiyentin vəziyyəti ağır qiymətləndirilir.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.