“Simpsonlar” cizgi filmi illər öncə çəkilən bölümlərində gələcəkdəki hadisələrdən xəbər verməsi ilə hər kəsi təəccübləndirməyə davam edir.

Unikal.org xəbər verir ki, bu dəfə isə ekran işinin 2000-ci ildə lentə alınan 11-ci mövsümünün 17-ci seriyasında "Liza Simpson" ABŞ-ın ilk qadın prezidenti olur. Yeni ölkə başçısı qadın olmasa da, vitse-prezident vəzifəsini hazırda Kamala Harris icra edir.

Bununla yanaşı, Kamala Harrisin bir neçə gün əvvəl baş tutan inuaqurasiya mərasimindəki bənövşəyi rəngli paltosu və ziynət əşyaları da cizgi filmindəki "Liza Simpson"un geyimləri ilə eyni olub.

Qeyd edək ki, bundan öncə serialda Donald Trampın Prezident seçilməsi, Səudiyyə Ərəbistanında verilən kürə pozu, Notr Damm kilsəsinin yanması, Ebola virusu, 11 sentyabr hadisələri, “Walt Disney” şirkətinin “20th Century Fox” şirkətini alması, ağıllı telefonların icad edilməsi, Ledi Qaqanın “Super Bowl”dakı çıxışı və s. hadisələr əks etdirilib.

Onu da bildirək ki, “Simpsonlar”ın bölümlərinin birində D.Trampın öldüyü kadrlar yer alıb.