Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağcabədi rayonunda su kanalında aşkar edilmiş qadın meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, müraciətlə əlaqədar Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri əraziyə cəlb olunub və həyata keçirilən tədbirlər nəticəsində 1982-ci il təvəllüdlü Cəfərova Xəyalə Zahir qızının meyiti su kanalından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.