Monqolustanın Baş naziri Ukhnaagiin Xurelsux, hökumətinin yeni növ koronavirusa qarşı tətbiq etdiyi tədbirlərə etiraz etdikdən sonra istefa verib.

Unikal.org xəbər verir ki, Baş nazir Xurelsux istefa məktubu və hökumət dəyişikliyi təklifini parlamentə təqdim edib. Ertəsi gün yüzlərlə adam parlamentin binası qarşısına toplaşaraq hökumət siyasətinə etiraz edib. 

Səlahiyyət müddəti bu il başa çatacaq Prezident Battulga, Monqolustan Baş nazirinin xalqın etimadını sarsıdan bir açıqlama verdiyini bildirib. O, Xurelsuxun milli birliyə zərər verdiyini və Monqolustan Prezidentinə böhtan atdığını söyləyib.