Azərbaycanda ötən il avtobuslarla 1 055 266,9  min sərnişin daşınıb ki, bu da illik müqayisədə 39,4% azdır.

Dövlət Statistika Komitəsindən Unikal.org-a verilən məlumata görə, 2019-cu ildə avtobus nəqliyyatı ilə 1 741 364,5 min sərnişin daşınıb.

Hesabat dövründə minik taksilərinin xidmətindən 44 933,4 min nəfər istifadə edib ki, bu da illik müqayisədə 37,5% azdır. 2019-cu ildə taksi xidmətlərindən 71 893,5 min nəfər istifadə edib.

Qeyd edək ki, ötən il  Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 1 100,2 mln. sərnişin daşınıb, bu isə 39,3%-lik azalma deməkdir.

Azalma koronavirus pandemiyasına görə aprel ayından ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədardır.