“Pandemiya dövründə 1 milyon şagird onlayn təhsildən aktiv istifadə edib. Həftədə 6 milyon dərs keçirilib”.

Unikal.org xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib. 

O bildirib ki, hazırkı şəraitdən asılı olaraq, on minlərlə şagird keyfiyyətli təhsil ala bilməyib: “Bu, bizim seçimimiz yox, pandemiya şəraitində mümkün olan ən yaxşı nəticədir. Keyfiyyətli təhsil ala bilməyən şagirdlər teledərslərdən yararlana bilərlər”.