Bakıda yataqxanada yanğın olub.

Bu barədə Unikal.org-a Fövqəladə Hallar Nazirliyindən məlumat evrilib.

Bildirilib ki, Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 1500 m² olan üçmərtəbəli yataqxana binasının (sökülməkdə olan) ikinci və üçüncü mərtəbələrinin taxtadan ibarət arakəsmələri 70 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;