Fransanın “Lill” klubunda dekabrın ən yaxşı futbolçusu məlum olub.

Unikal.org xəbər verir ki, bu, türkiyəli hücumçu Burak Yılmazdır. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Burak, ötən ay iştirak etdiyi 6 oyunda 3 qol vurub.

“Lill”də noyabrın ən yaxşı futbolçusu isə digər türk futbolçu Yusuf Yazıcı olmuşdu.