Bursada qar yağdıqdan sonra havanın kəskin soyuması səbəbindən yollar donub. Buzlu yolda gəzməkdə çətinlik çəkən vətəndaşlar zaman-zaman yıxılır və yaralanma riski ilə üzləşirlər.  

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, buz bağlamış yolda hərəkət edən ata və qızı yaralanmaqdan son anda xilas olublar. Belə ki,  ayağı sürüşən ata qucağındakı qızı yıxılmasın deyə tarazlığını qorumağa çalışıb.

Atanın bu anı müşahidə kameralarına anbaan əks olunub.  Türkiyədə izləmə rekordu qıran video hər kəsi duyğulandırıb.