Koronavirus xəstəsinin PCR testi ilk simptomlar ortaya çıxdıqdan sonra uzun müddət müsbət nəticələr göstərə bilər, lakin bu, onun başqaları üçün yoluxucu olduğu anlamına gəlmir.

Unikal.org xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vuynoviç söyləyib.

"İlkin araşdırmalara görə, əksər xəstələr simptomlar başladıqdan yalnız səkkiz-doqquz gün ərzində yoluxucudur, ağır xəstələrdə bu yoluxuculuq dövrü daha uzun ola bilər", - ekspert "Rossiyskaya qazeta"ya verdiyi müsahibədə qeyd edib.

Vuynoviç virusu başqalarına yoluxdurmaq üçün bir insanın canlı virus daşıması lazım olduğunu açıqlayıb. Standart karantin müddəti (14 gün) inkubasiya dövrünün uzunluğuna əsaslanır.

ÜST-yə görə, yoluxuculuq orta hesabla 5-6 gün davam edir və yuxarı həddi 2 həftədir.