İspaniyanın paytaxtı Madrid şəhərində partlayış hadisəsi olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, partlayışın dəqiq səbəbləri hələ bilinməsə də, qaz sızması versiyası ehtimal edilir. Hadisə nəticəsində 3 nəfər həyatını itirib, 10 nəfər yaralanıb. Xəsarət alanlar dərhal xəstəxanaya çatdırılıb.

Partlayış nəticəsində əmələ gələn irimiqyaslı yanğın söndürülüb. 6 mərtəbədən ibarət olan yaşayış binası və yaxınlıqdakı kilsə böyük zərər görüb. Hazırda partlayışın dəqiq səbəbləri araşdırılır. Madrid bələdiyyəsi dəymiş ziyanın ödənəcəyini açıqlayıb.