Türkiyənin Qara dəniz sahillərində balıqçıların başına maraqlı hadisə gəlib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Sinop şəhəri ətrafında sahildən aralanan balıqçı qayığı toru suya atdıqdan sonra tora naməlim əşya ilişib. Əşyanın Rusiya istehsalı olan dəniz minası olduğu məlum olub.

Türkiyənin Hərbi Dəniz Qüvvələrinin nümayəndələri 1 ton ağırlığında olan minanı partladaraq zərərsizləşdiriblər.