Prezidentlik müddətini başa vuran Donald Tramp həyat yoldaşı Melaniya ilə Ağ evi tərk edib.

Unikal.org xəbər verir ki, məlumatı “Associated Press” yayıb.

Bildirilib ki, Donald Tramp xanımı ilə birlikdə Floridaya yola düşüb. O, Cozef Baydenn andiçmə mərasiminə qatılmayacaq.

Tramp vida çıxışında bildirib ki, müharibə başlamayan ABŞ-ın ilk prezidenti olduğu üçün şaddır.