Türkiyənin məşhur müğənnisi Sinan Akçıl bir müddət əvvəl boşandığı aktrisa Burcu Kıratla barışıb. 

Unikal.org xəbər verir ki, gündəmdən düşməyən cütlük bu barışıqdan sonra evlənmək qərarına gəlib.

"Burcu mənim üçün bu həyatdakı ən dəyərli varlıqdır. Sonuna qədər sevgimin arxasındayam" deyən, Akçıl ikinci dəfə Burcuya evlilik təklifi edib. Kıratlı da keçmiş həyat yoldaşının bu təklifini qəbul edib.

Onların 14 fevralda, “Sevgililər günü”ndə ikinci dəfə nikah masasına əyləşəcəyi bildirilib.