Türkiyədə FETO terror təşkilatına qarşı xüsusi əməliyyat keçirilib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Balıkesir şəhəri başda olmaqla, ölkənin 12 müxtəlif şəhərində eyni vaxtda operativ addımlar atılaraq əməliyyat təşkil olunub.

İstanbul, İzmir, Bursa, Qaziantep, Ankara, Kilis, Ordu, Van, Zonquldak, Çorum və Manisada keçirilən əməliyyatla 20 şübhəli şəxs saxlanılıb. Hazırda əməliyyat-axtarış tədbirləri, eləcə də saxlanılanlarla bağlı araşdırmalar davam etdirilir.