PSJ-nin idman direktoru Leonardo "Barselona"nın kapitanı Lionel Messinin mümkün transferindən danışıb.

Unikal.org Fransa mətbuatına istinadən xəbər verir ki, o, bununla bağlı deyib:

"Messi? Belə oyunçular həmişə PSJ-nin heyətində olacaq. İndi bu barədə danışmağın zamanı deyil. Ancaq hər şeyi danışıqlar masasında müzakirə edəcəyik. Xeyr, onun üçün hələ danışıqlar olmayıb, ancaq yerlərimiz hər ehtimala görə ayrılıb".