Yaponiyada 6 milyon ev quşu məhv edilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiyanın Kaqava əyalətində quş qripinə (H5N8) rast gəlinib. Bundan sonra ölkənin 15 əyalətində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi qərara alınıb.

6 milyona yaxın müxtəlif ev quşları bu tədbirlər çərçivəsində məhv edilərək zərərsizləşdirilib.