Bakı şəhərinin Xətai rayonunda yanğın baş verib.

Unikal.org  FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 100 m² olan ikimərtəbəli evin mətbəxində tavan 6 m² sahədə yanıb. Yüksək temperaturdan plastikdən ibarət qapı və 3 ədəd məişət avadanlığı əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.